Rayonun yaranma tarixi - 26.XI. 1991
Ərazisi - 0,94 min. kv. km.
Əhallsi - 28062 O, cüm azərbaycanlılar - 15133
Digərəhali- 12929
İşğal günü- 26.02.1992
2014-cü ilin III rübündə 3616 hektar taxıl sahəsindən 3507 hektarı buğda, 109 hektarı isə dən üçün arpa səpilmişdir. Biçinə salamat qalmış 3616 hektar sahədən 47140 sentiner məhsul götürülmüşdür. 3507 hektar buğda sahəsindən 45180 sentiner buğda qalan 109 hektar arpa sahəsindən 1960 sentner arpa məhsulu götürülmüşdür. Müqaisə edərkən məlum olur ki, 2013 -cu ilə nisbətən 2014- cü ildə 20000 sen az məhsul istehsal olmuşdur.
2014-cü ilin məhsulu üçün əkin aparılmış 3870 hektar sahənin 3616 hektarına payızlıq taxıl səpilmiş qalan 254 hektar sahəyə isə yazlıq kartof və tərəvəz bitkiləri əkilmişdir.
Əkin aparılmış 254 hektar sahədən 192 hek. kartof, 62 hektara isə tərəvəz əkilmişdir. Bundan 13.5 hektara kələm, 23.3 hektara xiyar, 23.2 hektara isə pomidor, 2 hektara baş soğan əkilmişdir. Əkilmiş 192 hek kartop sahəsindən 17664 sentner kartop məhsulu, 62 hektar tərəvəz sahəsindən isə 3410 sentner tərəvəz məhsulu götürülmüşdür.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinədə xüsusi fikir verilmişdir. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 2014-cü ilin III rübündə 4251 baş, qoyun-keçinin baş sayı isə 25966 baş olmuşdur. 2014-cü ilin III rübündə rayonda ət istehsalı 2700 sen, süd istehsalı 42500 sen, yun istehsalı 257 sen, yumurta istehsalı isə 54 min ədəd olmuşdur.
Demoqrafiq vəziyyət
2014-cü ilin III rübündə Xocalı rayonunun əhalisi 28062 nəfər olmuşdur ki, bundanda 12929 nəfərini erməni və digər millətlər, 15133 nəfəri isə azərbaycanlılar təşkil edir. III rüb ərzində 44 körpə doğulmuş, 17 ölüm halı qeydə alınmış.
III rüb ərzində ərzində rayona gələnlərin sayı 435 nəhər, gedənlərin sayı 399 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləridə rayon əhalisinə xidmət göstərir. Rayonda İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonumuzda bir çox abadlaşdırma işləri aparılmışdır...
D.Ə.Əsədov,
Xocalı RSİ-nin rəisi